Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı keçirilir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Prezidenti tədbir iştirakçılarına məktub ünvanlayıb.
Prezident məktubunda Türk dünyasının hazırda yüksəliş mərhələsində olduğunu bildirib. Qeyd olunub ki, ölkələrdə sülh, sabitlik və əmin-amanlığın qorunması, inkişaf proseslərinin davam etdirilməsi xalqların və dövlətlərin mühüm nailiyyətlərindəndir.
Məktubda müasir dövrdə ənənəvi təhdidlərlə yanaşı, kibertəhdidlər və yeni qeyri-sabitlik ocaqlarının meydana çıxması, beynəlxalq hüquqda böhranın müşahidə edilməsi də vurğulanıb.
Bildirilib ki, mövcud çağırışlar regional və qlobal problemlərin həlli üçün ortaq gündəliyin müəyyənləşdirilməsini, mühüm məsələlər üzrə vahid mövqenin formalaşdırılmasını və fəaliyyətin əlaqələndirilməsini zəruri edir.
Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin toplantısı keçirilir
Şərh edilməmiş
