ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Sənəd daha əvvəl Senat tərəfindən də təsdiqlənib. “ilkinxeber.az” informasiya agentliyi xəbər verir ki, səsvermə zamanı 262 qanunverici qanun layihəsinin lehinə, 159 nəfər isə əleyhinə səs verib.
Senat sənədi avqustun 7-də təsdiqləyib. Bununla da qanun layihəsi Konqresin hər iki palatasından keçib və qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.
Respublikaçı senator Lindsi Qrem tərəfindən hazırlanmış qanun layihəsi prezidentə Rusiyanın dövlət rəsmilərinə, banklarına və “kölgə donanması”na qarşı birbaşa sanksiyalar tətbiq etmək imkanı verir.
Sənəddə həmçinin Rusiyanın enerji resurslarının əsas alıcılarına qarşı 100 faizlik rüsumların tətbiqi imkanının yaradılması nəzərdə tutulur.
