Sentyabrın 18-dən 20-dək Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi mülayim olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, paytaxt və Abşeron yarımadasında havanın temperaturu 28-30 dərəcə isti təşkil edəcək.
Bölgələrdə isə sentyabrın 18-20-də hava şəraiti əsasən sabit keçsə də, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntı ehtimalı var. “ilkinxeber.az” informasiya agentliyinin məlumatına görə, xüsusilə Balakən, Şəki, Qazax, Gəncə, Qarabağ və Şərqi Zəngəzurda arabir yağış yağacağı gözlənilir.
Bəzi ərazilərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Havanın temperaturunun Aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacağı bildirilir.
Yağıntılı hava şəraiti ilə əlaqədar ayrı-ayrı çaylarda suyun səviyyəsinin artması da istisna edilmir.
