By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Bakıda 8 günlük yol məhdudiyyəti tətbiq olunacaq
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Bakıda 8 günlük yol məhdudiyyəti tətbiq olunacaq
Ölkə

Bakıda 8 günlük yol məhdudiyyəti tətbiq olunacaq

Lamiyə Turqay
Last updated: Sentyabr 18, 2026 9:06 səhər
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2026 Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar paytaxtda hərəkətin təşkili və tətbiq olunacaq məhdudiyyətlərlə bağlı sürücülərə müraciət edib.

“İlkinxeber.az” informasiya agentliyinin məlumatına görə, yol polisinin müraciətində sentyabrın 24-dən 26-dək Bakıya gələcək vətəndaşlara ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunub. Paytaxt sakinlərindən isə yarış günlərində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə ictimai nəqliyyatla getmələri xahiş edilib.

Həmçinin istismar müddəti çox olan və texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə yola çıxmamaq tövsiyə olunur.

Məlumata əsasən, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhlizi təşkil ediləcək.

İlkin nəqliyyat məhdudiyyəti sentyabrın 19-u saat 21:00-dan qüvvəyə minəcək. Məhdudiyyət Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişən hissəsinə şamil olunacaq və tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Məhdudiyyət tətbiq olunan ərazilərə giriş və çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.

Sentyabrın 21-i və 22-də müəyyən giriş-çıxış nöqtələri saat 07:00-dan 09:00-dək və 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq. Sentyabrın 23-də isə həmin yollar saat 07:00-dan 09:00-dək və 20:00-dan 22:00-dək açıq saxlanılacaq.

Giriş nöqtələri bunlardır

Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində

M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində

Bülbül prospektindən sağa Zərifə Əliyeva küçəsi və düzünə Neftçilər prospekti istiqamətində

Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində

Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində

Çıxış nöqtələri isə aşağıdakılardır

Neftçilər prospektindən Bakı Dəniz Limanı, “Port Baku Mall” və “Crescent Mall” istiqamətində

İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində

Neftçilər prospektindən Azneft dairəsi, “Dəniz Mall” və Salyan şossesi istiqamətində

Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri üzrə təşkil ediləcək.

Tranzit dəhlizlərinin açıq olduğu vaxtlarda, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, eləcə də sərnişinlərin minməsi və düşməsinə icazə verilməyəcək.

Tranzit dəhlizlərində maksimal sürət həddi saatda 50 kilometr müəyyənləşdirilib.

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb: Valideynlər üçün vacib məlumatlar
Bir sıra çimərliklərdə çimməyə müvəqqəti məhdudiyyət qoyulub
Hikmət Hacıyev Litva səfiri ilə görüş keçirdi
Sumqayıt gimnaziyasının 11A sinfindən möhtəşəm nəticə
Hikmət Hacıyev “TikTok” və “LinkedIn” nümayəndələri ilə görüşüb.
Share This Article
Facebook Email Print
Previous Article İlkin Şakiroğlu yazır: Ən qiymətli sərvətimiz
Next Article Hava dəyişir: bəzi bölgələrdə leysan və dolu gözlənilir
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?