Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bağlı mübahisəli iddiaları ilə tanınan fransız jurnalist Nataşa Rey vəfat edib. O, sentyabrın 13-də onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.
“ilkinxeber.az” informasiya agentliyi xəbər verir ki, bu barədə jurnalistin həmkarı Ksavye Pussar “X” sosial şəbəkəsində məlumat yayıb. APA-nın yaydığı məlumata görə, Pussar Reyin son illərdə uzunmüddətli onkoloji xəstəliklə mübarizə apardığını bildirib.
Nataşa Rey 2021-ci ildə Bricit Makronun cinsiyyəti ilə bağlı araşdırma apardığını açıqlamış və onun transgender olduğu barədə iddialar irəli sürmüşdü. Bu iddialar Fransa Prezidentinin həyat yoldaşının Rey və Amandine Roy barəsində məhkəməyə müraciət etməsi ilə nəticələnmişdi.
2024-cü ilin sentyabrında məhkəmə Reyi diffamasiyada təqsirli bilərək cərimələnməsinə və Bricit Makronla onun qardaşı Jan-Mişel Tronyeyə təzminat ödənilməsinə qərar vermişdi.
Lakin 2025-ci ilin iyulunda Paris Apellyasiya Məhkəməsi Rey və Royu bəraətə çıxarıb. Məhkəmənin qərarı Bricit Makronun kişi doğulduğu barədə iddianı təsdiqləməyib.
Bricit Makronun tərəfi isə apellyasiya qərarından sonra Fransanın Kassasiya Məhkəməsinə müraciət edib.
