By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Lamiyə Turqay xəstəxanadakı şəxsi təəssüratlarını bölüşdü
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Lamiyə Turqay xəstəxanadakı şəxsi təəssüratlarını bölüşdü
Ölkə

Lamiyə Turqay xəstəxanadakı şəxsi təəssüratlarını bölüşdü

Lamiyə Turqay
Last updated: Sentyabr 19, 2026 4:40 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İlkinxeber.az informasiya agentliyinin məsul redaktoru kimi bu dəfə bir xəbər deyil, şəxsi təcrübəmi bölüşmək istəyirəm.
Atam səhhətində yaranan problem səbəbilə Sumqayıt şəhər 2 saylı xəstəxananın Reanimasiya şöbəsində 3 gün qaldı. Bu müddətdə göstərilən diqqət və qayğıya görə həkimlərə, tibb bacılarına, xüsusilə şöbə müdiri Vəfa Mustafayevaya təşəkkürümü bildirirəm. Belə həssas məqamda xəstəyə və yaxınlarına göstərilən münasibət həqiqətən böyük əhəmiyyət daşıyır.
Daha sonra atamın Doppler müayinəsinə ehtiyacı yarandı. Həmin xəstəxanada Doppler həkimi məzuniyyətdə olduğundan müayinə üçün Travmatologiya xəstəxanasına göndərildik. Təcili yardım maşını ilə aparılıb gətirildik. Bu proses zamanı təcili yardım əməkdaşlarının xoş rəftarı və diqqəti də müsbət təəssürat yaratdı.
Lakin Travmatologiya xəstəxanasında gördüklərim məndə fərqli təəssürat formalaşdırdı.
Cəmi 15 dəqiqə həmin xəstəxanada olduğum müddətdə bir neçə məqam diqqətimi çəkdi. Atam xərəkdə uzanmaq istəmədiyi üçün onu Travmatologiya xəstəxanasının kreslosunda oturdaraq müayinəyə apardılar. Lakin xəstənin həmin kresloda aparılması xəstəxanada narazılığa səbəb oldu və bu məsələ ilə bağlı mübahisə yarandı.
Məni düşündürən əsas məqam xəstəxanaya müayinə üçün gətirilmiş xəstənin oturması üçün istifadə olunan kreslonun belə müzakirə mövzusuna çevrilməsi idi.
Bəzən kənardan baxanda kiçik görünən məsələlər xəstə və onun yaxınları üçün heç də kiçik olmur. Xəstə onsuz da səhhəti ilə bağlı narahat vəziyyətdədir. Belə məqamlarda onun rahatlığına və müayinəsinin normal şəkildə həyata keçirilməsinə mümkün qədər diqqət göstərilməsi vacibdir.
Bu yazını hansısa tibb müəssisəsini və ya konkret şəxsləri ittiham etmək üçün yazmıram. Sadəcə bir qız övladı, bir vətəndaş və eyni zamanda jurnalist kimi yaşadığım və müşahidə etdiyim hadisəni bölüşürəm.

İlkinxeber.az informasiya agentliyinin məsul redaktoru
Lamiyə Turqay

Mərkəzi küçələrdə hərəkət məhdudiyyəti bütün günlərə şamil olunur
Hərbçilərə yeni cərimələr təklif olunur
Hava dəyişir: bəzi bölgələrdə leysan və dolu gözlənilir
Ramiz Mehdiyevin ev dustaqlığı müddəti yenidən uzadıldı
Birinci və İkinci Qarabağ müharibələrində itkin düşənlərin sayı açıqlandı
Share This Article
Facebook Email Print
Previous Article 23 yaşında Vətənə əmanət qalan leytenant
Next Article Çin bir raketlə doqquz peyki orbitə yerləşdirdi
4 Şərh
  • Vüqar dedi ki:
    Sentyabr 19, 2026 tarixində, saat 5:06 axşam

    Allah xestenizə șefa versin, Sumqayit xəstəxanalarını təbib ciddi nəzarətə götürsə biz sakinlər şad olarıq.

    Reply
    • Lamiyə Turqay dedi ki:
      Sentyabr 19, 2026 tarixində, saat 5:54 axşam

      Təşəkkür edirəm. Yazını TƏBİBİN qaynar xəttinə göndərmişik, yəqin nəzərə alınar. Sizlər də müraciətlərinizi saytımızın əlaqə bölməsindən mail adresimizə göndərə bilərsiz,yayımlayarıq.

      Reply
  • Gulnar Nağıyeva dedi ki:
    Sentyabr 20, 2026 tarixində, saat 4:48 səhər

    Acil şəfa versin Allahım

    Reply
    • Lamiyə Turqay dedi ki:
      Sentyabr 25, 2026 tarixində, saat 5:54 axşam

      Amin

      Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?