Axtarışda olan şəxs polisə silahlı müqavimət göstərib
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, qanunsuz odlu silah saxlama və dələduzluq əməllərinə görə axtarışda olan M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Bildirilib ki, M.Mirzəyev daha əvvəl qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilib.
Polis əməkdaşları tərəfindən tabel silahından istifadə olunaraq M.Mirzəyev zərərsizləşdirilib.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
