İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sentyabrın 19-da Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə batan iki şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nəzarətsiz ərazidə dənizdə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə və Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Bilgəhdə dənizdə batan iki gəncin meyiti tapıldı
Şərh edilməmiş
