İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini özünün “Truth Social” hesabında paylaşıb.
Müsahibədə Hikmət Hacıyev Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesindəki rolundan danışıb. O bildirib ki, Trampın səyləri Cənubi Qafqazda strateji mənzərənin dəyişməsinə və ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşmasına təsir göstərib.
Hacıyev həmçinin qeyd edib ki, Trampın prosesə şəxsi müdaxiləsi və liderliyi nəticəsində uzun illər ərzində həllini tapmayan məsələlərin həlli istiqamətində mühüm irəliləyiş əldə olunub.
Tramp Hikmət Hacıyevin “Newsmax” müsahibəsini paylaşdı
Şərh edilməmiş
