Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün imkanların olduğunu bildirib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Putin bu barədə Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı danışıb.
Rusiya liderinin sözlərinə görə, sülhə nail olmaq üçün ilk növbədə Moskva və Kiyev arasında razılıq əldə olunmalıdır. O qeyd edib ki, digər ölkələr də bu prosesə dəstək verməyə və yardım göstərməyə hazırdır.
Putin vurğulayıb ki, münaqişənin yekun həlli ilk növbədə Rusiya və Ukraynanın öz aralarında razılığa gəlməsindən asılıdır.
Rusiya Prezidenti həmçinin bildirib ki, iki ölkənin xüsusi xidmət orqanları arasında təmaslar davam edir.
