By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Cəlilabadda canavar vahiməsi: iki aydır hücumlar səngimir
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Cəlilabadda canavar vahiməsi: iki aydır hücumlar səngimir
Dünya

Cəlilabadda canavar vahiməsi: iki aydır hücumlar səngimir

Lamiyə Turqay
Last updated: May 28, 2026 3:56 axşam
By Lamiyə Turqay
1 Min Read
Share
SHARE

Cəlilabad rayonunda canavar təhlükəsi gündən günə artır. Son iki aya yaxın müddətdə yırtıcı heyvanların yaşayış məntəqələrinə yaxınlaşması sakinləri ciddi narahat edir. Xüsusilə rayon mərkəzinə yaxın ərazilərdə, Həzi Aslanov və Rəşad Zeyniyev küçələri istiqamətində canavarların görünməsi artıq adi hala çevrilib.

İlkinxeber.az-a danışan sakinlərin sözlərinə görə, hücumlar əsasən gecə saatlarında baş verir. Canavarlar xırdabuynuzlu heyvanlara hücum edərək qoyun və quzuları parçalayır. Sakinlər bildirirlər ki, demək olar hər gün yeni hadisə qeydə alınır və vəziyyət getdikcə daha qorxulu xarakter alır.
Əldə olunan məlumata görə, təsərrüfat sahiblərinə dəyən ümumi maddi ziyanın 50 min manata yaxın olduğu bildirilir. Bayram günlərində belə hücumların davam etməsi isə əhali arasında təşvişi daha da artırıb. Belə ki, sakinlərdən birinin qurbanlıq üçün aldığı iki qoyun canavarların hücumuna məruz qalaraq tələf olub.
Yerli əhali bildirir ki, problem artıq yalnız təsərrüfatlara deyil, insanların təhlükəsizliyinə də təhdid yaradır. Axşam saatlarında küçəyə çıxmağa ehtiyat edənlərin sayı artıb.
Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev açıqlamasında bildirib ki, hadisələr nəzarətdə saxlanılır və araşdırmalar aparılır. Onun sözlərinə görə, aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır.
İlkinxeber.az olaraq mövzunu diqqətdə saxlayırıq

Cəlilabadda intensiv yağıntılar çiyələk təsərrüfatına ciddi ziyan vurub.
Avstriya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyəcək
Rusiyalı milyarderlərin sərvəti 19,7 milyard dollar azalıb
SOCAR prezidenti Zimbabve Milli Assambleyasının sədri ilə görüş keçirib
Azərbaycan nümayəndə heyəti Yaşar Gülerlə görüşüb
Share This Article
Facebook Email Print
Previous Article Sosial Şəbəkələr Bizi Necə Öldürür?
Next Article Sankt-Peterburqda azərbaycanlı iş adamından nümunəvi addım – Elçin Əliyev bayram günlərində insanlara pulsuz çörək və un paylayır
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?