Sankt-Peterburqda yaşayan azərbaycanlı iş adamı, Azərbaycanın Cəlilabad rayonunda doğulmuş Elçin Əliyev hər il dövlət bayramları ərəfəsində həyata keçirdiyi xeyriyyə təşəbbüsü ilə diqqət çəkir.
Məlumata görə, o, özünə məxsus mağazada bayram günlərində çörək və digər un məmulatlarını tamamilə ödənişsiz şəkildə insanlara təqdim edir. Bu xeyriyyə aksiyası əsasən sosial dəstəyə ehtiyacı olan ailələri əhatə edir.
Bu təşəbbüs hər il ənənə halını alaraq Sankt-Peterburqda yerli sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır.
Elçin Əliyevin bu addımı onun sosial məsuliyyət və xeyriyyəçilik dəyərlərinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir. O, biznes fəaliyyəti ilə yanaşı, humanitar təşəbbüsləri ilə də tanınır.
Qeyd edək ki, Cəlilabadda doğulmuş iş adamının bu cür nümunəvi fəaliyyəti xaricdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasını gücləndirir və Azərbaycan adına müsbət imic formalaşdırır.

