ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Nizami rayonunda şirkətlərə məxsus anbarlardan birindən külli miqdarda kombi aparatının oğurlanması ilə bağlı araşdırma aparılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxslər anbardan ümumi dəyəri 51 min manat olan 48 ədəd kombi aparatı oğurlayıblar.
Faktla bağlı araşdırma davam etdirilir.
Bakıda anbardan 51 min manatlıq kombi aparatı oğurlandı
Şərh edilməmiş
