ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal edilir.
🌬️ Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz isə 23-26° isti olacaq.
⛈️ Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin dağlıq və dağətəyi ərazilərdə yağış, leysan, şimşək və dolu ehtimalı var.
Sabah Bakıda yağış ehtimalı var – HAVA PROQNOZU
Şərh edilməmiş
