İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Qəbələ rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Polis əməkdaşlarının keçirdiyi tədbir zamanı E.Həsrətovun idarə etdiyi avtomobil saxlanılıb. Sürücü tibbi müayinəyə cəlb edilib və müayinə nəticəsində onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
Faktla bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həsrətov inzibati qaydada həbs edilib.
Qəbələdə narkotik təsiri altında sükan arxasına keçən sürücü həbs edildi
Şərh edilməmiş
