ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Qazaxıstanda Xəzər dənizinin sahilində keçirilən hərbi təlim zamanı bədbəxt hadisə baş verib.
Güclü dalğanın təsiri nəticəsində 19 hərbçi dənizə sürüklənib. İlkin məlumata görə, 9 hərbçi həyatını itirib, 3 nəfər isə xilas edilib.
Hadisəyə hava şəraitinin kəskin pisləşməsi və güclü küləyin səbəb olduğu bildirilir.
Hazırda dənizə düşən digər hərbçilərin axtarışı davam etdirilir. Xilasetmə əməliyyatına hərbi bölmələr və fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub.
Qazaxıstanda hərbi təlim zamanı faciə: 9 hərbçi öldü
Şərh edilməmiş
