İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan şəhidlərin əziz xatirəsini ehtiramla yad etdiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev isə telefon zənginə və göstərilən diqqətə görə Türkiyə Prezidentinə təşəkkür edib.
Məlumat Azərbaycan Prezidentinin Mətbuat Xidməti və Türkiyənin “Anadolu” agentliyi tərəfindən yayılıb
Ərdoğan İlham Əliyevə zəng edib
Şərh edilməmiş
