İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Kürdəmir rayonunun Şıxımlı kəndində ildırımvurma hadisəsi baş verib.
1975-ci il təvəllüdlü, Ağsu rayonunun Qasımbəyli kənd sakini Zahir Hacalıyev ərazidə çobanlıq edərkən ildırım vurub.
Nəticədə Zahir Hacalıyev hadisə yerində həyatını itirib.
