İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Fransada dövlət sektorunda çalışanların təşkil etdiyi nümayişlərdə ölkə üzrə təxminən 206 min nəfər iştirak edib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, aksiyaların ən böyüyü Parisdə keçirilib və paytaxtdakı nümayişə təxminən 30 min nəfər qatılıb.
CGT-nin açıqladığı rəqəmlərə görə isə Marseldə təxminən 30 min, Tuluzada 11 min, Lill və Bordoda 10 min, Lion və Orleanda isə 8 min nəfər nümayişlərdə iştirak edib.
