İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Gədəbəy rayonunun Çanaqçı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
“VAZ 2107” markalı avtomobilin yolun kənarına aşması nəticəsində sərnişin Səyyarə Ələkbərova hadisə yerində həyatını itirib.
Qəza zamanı onun oğlu Əli Ələkbərov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin səbəbləri araşdırılır.
