By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Türkiyəli jurnalist Celal Çiftçi Azərbaycan xalqından üzr istədi
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Türkiyəli jurnalist Celal Çiftçi Azərbaycan xalqından üzr istədi
Ölkə

Türkiyəli jurnalist Celal Çiftçi Azərbaycan xalqından üzr istədi

İlkin Şakiroğlu
Last updated: Oktyabr 16, 2026 3:34 axşam
By İlkin Şakiroğlu
2 Min Read
Share
SHARE

Türkiyəli jurnalist Celal Çiftçi Azərbaycanla bağlı mübahisələrə səbəb olan fikirlərinə görə üzrxahlıq edib. O, Azərbaycan dövlətinə və xalqına müraciət edərək sözlərinin yaratdığı narazılığa görə təəssüfləndiyini bildirib.

ilkinxeber.az informasiya agentliyi Oxu.Az-a istinadən xəbər verir ki, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı üzrxahlığını “X” sosial şəbəkəsində yayımlayıb.

Çiftçi paylaşımında bildirib ki, hicab, din və vicdan azadlığı ilə bağlı düşüncələrini ifadə etmək istəyərkən seçdiyi ifadələrin doğura biləcəyi nəticələri lazımi səviyyədə nəzərə almayıb. O, fikirlərini çatdırma formasının məqsədindən kənara çıxdığını qəbul edib.

Jurnalist Azərbaycan dövlətinə qarşı çıxmaq, cəmiyyətdə qarşıdurma yaratmaq və ya ölkədə hakimiyyətin zorla dəyişdirilməsinə çağırmaq niyyətinin olmadığını vurğulayıb. O, dini zəmində nifrət və düşmənçilik yaratmaq, insanları qanunsuz fəaliyyətə yönəltmək məqsədi güdmədiyini də qeyd edib.

Çiftçi Azərbaycanın dövlət müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini açıqlayıb. Onun sözlərinə görə, ölkənin gələcəyi ilə bağlı qərarlar Azərbaycan xalqının və dövlətin konstitusion institutlarının səlahiyyətindədir.

Hicab məsələsinə toxunan jurnalist həm başını örtən, həm də örtməyən insanların seçimlərinə və hüquqlarına hörmətlə yanaşdığını bildirib. O, bu mövzuda müzakirələrin qarşılıqlı hörmət və dinc dialoq əsasında aparılmasının vacibliyini qeyd edib.

Çiftçi söz və mətbuat azadlığının məsuliyyət tələb etdiyini də etiraf edib. O, mübahisəyə səbəb olan və uyğun hesab etmədiyi paylaşımları sildiyini, bundan sonra ifadələrini seçərkən daha diqqətli olacağını bildirib.

Jurnalist Azərbaycanla Türkiyə arasındakı münasibətlərə zərər vurmaq istəmədiyini vurğulayaraq, yaranmış incikliyə görə peşman olduğunu ifadə edib.

O, müraciətində Azərbaycan dövlətindən və xalqından üzrünün qəbul olunmasını xahiş edib.

Celal Çiftçi paylaşımının sonunda “İki dövlət, bir millət” ifadəsini işlədərək iki ölkə arasındakı qardaşlıq münasibətlərinə münasibətini bildirib.

Azərbaycanda istilik qurğularının istismar qaydaları təsdiqlənib
Bayramov ATƏT sədrinə hansı mesajları verdi?
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək
Elektron attestatla bağlı Murad Arifin şikayətinə cavab
“Dərnəgül” deposu ilk qatarı qəbul etdi
Share This Article
Facebook Email Print
Previous Article Kəmaləddin Qədim – DƏRDİMƏ ŞÜKÜR, İLAHİ…
Next Article Anar Bayramov səhiyyə naziri təyin olunub
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?