By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Kəmaləddin Qədim – DƏRDİMƏ ŞÜKÜR, İLAHİ…
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > Kəmaləddin Qədim – DƏRDİMƏ ŞÜKÜR, İLAHİ…
Marağlı

Kəmaləddin Qədim – DƏRDİMƏ ŞÜKÜR, İLAHİ…

İlkin Şakiroğlu
Last updated: Oktyabr 16, 2026 2:32 axşam
By İlkin Şakiroğlu
4 Min Read
Share
SHARE

DEMƏK Kİ, YAZIYA POZU YOXUYMUŞ…

 

Nələri itirdim, nələr çıxandan,

Elə bil heç izi-tozu yoxuymuş…

Yoxuymuş, mən sürən ömür adında

dünyanın bir çürük qozu yoxuymuş…

 

Gəldi bu gələn də haramın üstdə,

Yığdı batmanları qramın üstdə.

Heç bunun hərdən bir yaramın üstdə

səpməyə bir çimdik duzu yoxuymuş…

 

Oyunmuş nə varsa, oyun, əzəldən,

Qurtara bilmirik boyun əcəldən.

Qoyunmuş sanki bu qoyun əzəldən,

O tifil, südəmər quzu yoxuymuş…

 

Elə haq dediyin üzüldü bitdi,

Ya ləldi, gövhərdi, qızıldı, bitdi…

Bu da bir şeirdi, yazıldı, bitdi,

Demək ki, yazıya pozu yoxuymuş…

 

UZAĞI SEÇMƏK OLMUR

Asanca gəlsək belə,
Dünyadı, köçmək olmur.
…bir ayıb minməkdisə,
bir ayıb düşmək, olmur…

Var açarı, kilidi,
Dirisənsə, diridi.
Dərdi bala kimidi,
çəkilir, keçmək olmur…

Öyüb vaxtı deyirlər,
Tacı, taxtı deyirlər.
Bax, bu haqdı deyirlər
yanımda çeşmək olmur…

Yaman bahadı kirəm,
Sözlərdən ev tikirəm.
Mən elə gecikirəm,
mənə görüşmək olmur…

Hələ həmin baxtdayam,
Fanidə, nahaqdayam.
Gözlərdən uzaqdayam;
uzağı seçmək olmur…

 

BU YAŞ BİR AĞLAMALIQ, BİR GÖZLÜK YAŞ DEYİLMİŞ…

Bu dolu elə dolu,

boş elə boş deyilmiş…

Baxma, sənə xoş gələn

kiməsə xoş deyilmiş…

 

Təkindən dəst olmadı,

Gəzilən rast olmadı.

Qardaşdan dost olmadı,

dost da qardaş deyilmiş…

 

Bilinməyir adı, kim,

Doğması kim, yadı kim.

Bu necə sevdadı ki

canından baş deyilmiş?..

 

Bacarırsan qadam, de,

Yaradıb Yaradan de;

Adamına adam de,

daşına daş deyilmiş…

 

Yolu yox haqlamalı,

Əyləyib, saxlamalı.

Bu yaş bir ağlamalıq,

bir gözlük yaş deyilmiş…

 

BU RUZİ, FİLAN DA ADAMDAN KEÇİR…

Kəfəndən sovuşub gedəcək hələ,

O yol tək bələkdən keçsə nə vardı…

Ya nağıl sonrası “üç alma” kimi

yalandan, kələkdən keçsə nə vardı…

 

Ha yapış yaxandan, ha çək yerinə,

Bu qədər asanmı düşmək yerinə?

Hər saqqal altından keçmək yerinə

adam da ələkdən keçsə nə vardı…

 

Bax bu da yarıda qaldığın xəbər,

Hələ düşündüyün, daldığın xəbər.

Bir simurq quşutək aldığın xəbər

bir yanıq lələkdən keçsə nə vardı…

 

Ürcahsan dünyanın daş tərəfinə,

Əyri tərəfinə, çaş tərəfinə.

Hərdən başucuna, baş tərəfinə

huridən, mələkdən keçsə nə vardı…

 

Bu damın yolu bax o damdan keçir,

Dur, məni dos-doğma odamdan keçir…

Bu ruzi, filan da adamdan keçir,

Tək çərxi-fələkdən keçsə nə vardı…

 

DƏRDİMƏ ŞÜKÜR, İLAHİ…

Dünya yaman sıxır məni,
Çəkirəm fikir, İlahi…
Yıxanlarmı yıxır məni,
Yer-göymü çökür, İlahi?..

Bu tində, küncdə nə qədər,
Dözüm bu gücdə nə qədər?
Ehtiyac səcdənə qədər
belimi bükür, İlahi…

Hərə bir adnan çıxarır,
Çörəyi oddan çıxarır.
Yoxluğun yaddan çıxarır,
Varlığın çəkir, İlahi…

Gün varmı bu gündən betər,
Bu dumandan, çəndən betər?
Dərdli gördüm məndən betər,
Dərdimə şükür, İlahi…

Heç bilmədik nə var göydə,
Ahlar qalxıb susar göydə.
Ya durmağı bacar göydə,
Ya da ki, çəkil, İlahi…

 

SƏN GÖZƏL AĞLARSAN MƏNİ…

Dönərsənmi görən desəm,
dön, gözəl, ağlarsan məni.
Sənsən elə sonumda, sən-
son gözəl, ağlarsan məni…

Anlayansan bir baxışdan,
Kimdi içdən, kimdi dışdan…
Gəl, canımdan çıxmamışdan
can, gözəl, ağlarsan məni…

Nə fərqi var yar yasında
bardaş qurdun harasında…
Ağlayanlar arasında
ən gözəl ağlarsan məni…

Ya son, əzəl…öldürən sən,
Sənsən, gözəl, öldürən-sən.
Sən ən gözəl öldürənsən,
sən gözəl ağlarsan məni…

 

İlkin Şakiroğlu yazır : Uşaqlar gələcəyin deyil, bu günün əmanətidir
İlkin Şakiroğlu – Eyni günləri yaşamaq da itkidir
İlkin Şakiroğlu Müharibənin normallaşdığı dünyada insanlığın itən mənası
İlkin Şakiroğlu yazır: Cəlilabadın dağ kəndləri: təbiətin qoynunda həyat mübarizəsi davam edir
İqlim böhranı dərinləşir: Dünyanı hansı təhlükələr gözləyir?
Share This Article
Facebook Email Print
Previous Article İlkin Şakiroğlu – Nə qədər yanlışa naxış deyib aldatdıq özümüzü
Next Article Türkiyəli jurnalist Celal Çiftçi Azərbaycan xalqından üzr istədi
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?