İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin zərurət yaranacağı təqdirdə düşmənlərinə qarşı hərbi zərbələr endirməyə hazır olduğunu bildirib.
Netanyahu qeyd edib ki, İsrail bu istiqamətdə lazımi hazırlığa, qətiyyətə və imkanlara malikdir.
“Düşmənlərimiz indiyədək aldıqlarından daha ağır zərbələrə məruz qalacaqlar”, – deyə İsrailin Baş naziri vurğulayıb.
