İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna, ABŞ və Rusiya prezidentlərinin üçtərəfli görüşünün müharibənin daha tez başa çatmasına töhfə verə biləcəyini bildirib.
Sibiqanın sözlərinə görə, ABŞ, Rusiya və Çin liderlərinin iştirakı ilə keçiriləcək görüş isə əksinə, müharibənin davam etməsinə şərait yarada bilər.
Nazir vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin atəşkəs təklifini qəbul etməli və sülhə nail olmaq istiqamətində ciddi addım atmalıdır.
