By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Kirayə mənzillərlə bağlı yeni qaydalar qüvvəyə minib
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Kirayə mənzillərlə bağlı yeni qaydalar qüvvəyə minib
Ölkə

Kirayə mənzillərlə bağlı yeni qaydalar qüvvəyə minib

Lamiyə Turqay
Last updated: Oktyabr 21, 2026 2:56 axşam
By Lamiyə Turqay
1 Min Read
Share
SHARE

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminin tətbiqi davam etdirilir.
Fondun məlumatına görə, 2020–2026-cı illərdə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən yaşayış komplekslərində vətəndaşlara tam təmirli mənzillər təqdim olunub. İndiyədək bu mexanizm çərçivəsində 10 mindən çox kirayə müqaviləsi rəsmiləşdirilib.
2026-cı il oktyabrın 1-dən etibarən qaydalara bir sıra dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, satmaq öhdəliyi ilə kirayə mənzil əldə edən şəxs müqavilə bağlandıqdan 3 il sonra öz öhdəliyini başqa şəxsə ötürə biləcək. Öhdəliyini ötürən şəxslər isə bu mexanizmdən yenidən yalnız 5 il keçdikdən sonra yararlana biləcəklər.

Bundan əlavə, müraciət zamanı İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar da kirayə mənzil mexanizminə müraciət edə biləcəklər.

Yeni qaydalara əsasən, ərizəçilərin kredit tarixçəsinə dair tələblər də yenilənib. Belə ki, qiymətləndirmənin nəticəsinə uyğun olaraq, yalnız müsbət və qənaətbəxş kredit tarixçəsinə malik şəxslər bu imkandan yararlana biləcəklər.

Fond dəyişikliklərlə bağlı əlavə məlumat almaq istəyən vətəndaşları 1549 Çağrı Mərkəzinə müraciət etməyə dəvət edib.

Yardımlıda 6500 ədəd narkotik tərkibli bitki məhv olundu
Bakıda su təchizatında müvəqqəti fasilə yaranacaq
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
Gənc ailələrə mənzil və uşaq baxımı dəstəyi gündəmdə
Qaz qurğularının xəritələrindən istifadə üçün rüsum ləğv edilir.
Share This Article
Facebook Email Print
Previous Article Bakıda açıq kanalizasiya quyusuna düşən qadın xəsarət aldı
Next Article İlham Əliyev Azərbaycan və Qırğızıstan arasında avtomobil əlaqələri sazişini təsdiqlədi
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?