Müvafiq dəyişikliklər Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda təklif olunur.
Layihəyə əsasən, dövlət əhəmiyyətli yolların, tunellərin, magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikintisi üçün lazım olan torpaqlar dövlət ehtiyacları üçün alına biləcək.
Bundan başqa, dəniz və hava limanlarının, aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, habelə depoların tikintisi və genişləndirilməsi üçün tələb olunan torpaq sahələrinin də alınması mümkün olacaq.
Qanun layihəsi Milli Məclisin bugünkü iclasında səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq
Şərh edilməmiş
