İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinada fəaliyyət göstərən hərbi kontingentinə (EUFOR) məxsus helikopter Brçko şəhəri yaxınlığında qəzaya düşüb.
Hadisə nəticəsində 3 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilir.
Brçko Sağlamlıq Mərkəzinin direktoru Yasmina Mehanoviçin sözlərinə görə, yaralılardan birinin vəziyyəti kritikdir.
EUFOR-un açıqlamasında bildirilib ki, qəza Brçko rayonunda planlaşdırılmış əməliyyat zamanı baş verib. təşkilat hadisə ilə bağlı məlumat yayıb.
