İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışını ediblər.
Təxminən 380 kilometr uzunluğunda olan kabel xətti Sumqayıtla Aktau şəhərlərini birləşdirir. Saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malik layihə Asiya ilə Avropa arasında rəqəmsal əlaqələri gücləndirəcək.
Açılış çərçivəsində Orta Dəhlizin inkişafı üzrə əməkdaşlıq sazişi və iki quru yük gəmisinin alınması ilə bağlı sənədlər də mübadilə olunub.
