İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, qanunsuz kazino və qumar oyunlarının təşkili ilə bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində bir qrup şəxs saxlanılıb.
Əməliyyat zamanı dəstə üzvlərindən çoxsaylı elektron cihazlar, bank kartları və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərə Baş İdarədə ittiham elan olunub və onlar cinayət məsuliyyətinə cəlb ediliblər. Məhkəmənin qərarı ilə A. Əliyev və Ş. Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət əməllərində iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Aidiyyəti qurum vətəndaşlara qanunsuz kazino və qumar oyunlarında iştirak etməmələri barədə xəbərdarlıq edib. Bildirilib ki, belə oyunların təşkili ilə yanaşı, qanunsuz qumar fəaliyyətində iştirak da hüquqi məsuliyyət yaradır.
