ABŞ Prezidenti Donald Tramp İranla hazırda heç bir danışıqların aparılmadığını və Vaşinqtonun belə bir niyyətinin olmadığını bildirib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Tramp İranla mümkün danışıqlarla bağlı sualı cavablandırarkən ABŞ-ın Tehranla danışıqlar aparmadığını vurğulayıb.
“İranla danışıqlar aparmırıq və belə niyyətimiz də yoxdur”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin açıqlaması Vaşinqton-Tehran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda səslənib.
