By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd olunub
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd olunub
Ölkə

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd olunub

Lamiyə Turqay
Last updated: Avqust 18, 2026 4:56 axşam
By Lamiyə Turqay
1 Min Read
Share
SHARE

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir təşkil olunub.

İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, tədbirdə DSX rəisi, general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın sərhəd mühafizəsi sisteminin inkişafından danışıb.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi-strateji kurs Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan ardıcıl islahatlar nəticəsində dövlət sərhədinin mühafizəsi sistemi müasir tələblərə uyğun şəkildə inkişaf etdirilib.

Elçin Quliyev sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edərək onların dövlət sərhədlərinin toxunulmazlığının qorunması istiqamətində üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini qeyd edib.

Tədbirdə Azərbaycan sərhədçilərinin Vətən müharibəsində göstərdiyi şücaət və peşəkarlıq xüsusi vurğulanıb. Bildirilib ki, sərhədçilər döyüş meydanında göstərdikləri qəhrəmanlıqla Azərbaycanın tarixi Zəfərinə mühüm töhfə veriblər.

Həmçinin qeyd olunub ki, Azərbaycan sərhədçiləri quru və dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin etməklə yanaşı, dövlət sərhədində yarana biləcək təhdidlərə çevik və qətiyyətli cavab vermək iqtidarındadırlar.

Mərasim zamanı Prezident İlham Əliyevin müvafiq sərəncamları şəxsi heyətə elan edilib, bir sıra zabitlərə ali hərbi rütbələr təqdim olunub. Xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular isə orden və medallarla təltif ediliblər.

Karantin rejiminin müddəti oktyabrın 1dək uzadıldı
Azərbaycanın ilk qadın snayperlərindən biri Növrəstə Yusifova vəfat edib
Prezident diplomatik xidmət əməkdaşlarına rütbələr verdi
Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər qanuniləşdirilir
Pərviz Şahbazovun anası vəfat etdi
Share This Article
Facebook Email Print
Previous Article Tramp: İranla danışıqlar aparmırıq
Next Article YouTube-da pul qazanmaq asanlaşır: Baxışlar artıq dərhal hesablanacaq
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?