İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyədə Həcc ziyarətinin təşkili zamanı saxta imtina ərizələrinin hazırlanması və ziyarət kvotalarının başqa şəxslərə verilməsi ilə bağlı iddialar uzun müddətdir müzakirə olunur.
Məlumatlara görə, bəzi vətəndaşların şəxsi məlumatlarından istifadə edilərək onların adından saxta ərizələr tərtib edilib. Araşdırmalar zamanı 112 nəfərlə bağlı saxta imza faktının ekspertiza ilə təsdiqləndiyi bildirilir.
Məsələ ilə əlaqədar şübhəli şəxslərin saxlanıldığı qeyd olunur. Türkiyə Diyanət İşləri Başçılığı isə Həcc ziyarətinin təşkili prosesində heç kimə xüsusi imtiyaz verilmədiyini bəyan edib.
