Meyarlar paylarının və ya səhmlərinin 51 faiz və daha çoxu birbaşa və ya dolayı yolla dövlətə məxsus olan səhmdar cəmiyyətlərə, məhdud məsuliyyətli cəmiyyətlərə, digər təşkilati-hüquqi formalarda fəaliyyət göstərən hüquqi şəxslərə və publik hüquqi şəxslərə aiddir.
İqtisadiyyat Nazirliyi investisiya layihələrinin təsdiqlənmiş meyarlara uyğunluğunu ildə azı bir dəfə yoxlayacaq.
Monitorinq zamanı layihənin müəyyən edilmiş tələblərə cavab vermədiyi aşkarlanarsa, Nazirlik uyğunluq barədə verdiyi rəyi ləğv edə bilər. Bu barədə 10 iş günü ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə məlumat veriləcək.
