İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyədə qadınları pul qarşılığında yumurta hüceyrəsi donorluğu üçün xarici ölkələrə göndərən şəbəkəyə qarşı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 8 nəfər həbs edilib, 53 nəfər barəsində hüquqi prosedurlara başlanılıb.
İstintaqın məlumatına görə, 41 qadın ümumilikdə 811 dəfə yumurta hüceyrəsi satıb. Şəbəkənin təxminən 2 milyon avroluq maliyyə dövriyyəsinin olduğu bildirilir.
Qadınların müxtəlif ölkələrə göndərildiyi, donor tapılmasına vasitəçilik edən şəxslərə isə komissiya ödənildiyi qeyd olunur.
