By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Ələddin Əzimli: Artıq səhərdir, durun, Ağrılardan oyanın.
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > Ələddin Əzimli: Artıq səhərdir, durun, Ağrılardan oyanın.
Marağlı

Ələddin Əzimli: Artıq səhərdir, durun, Ağrılardan oyanın.

Lamiyə Turqay
Last updated: İyun 11, 2026 6:17 səhər
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

ÜFÜQ

” Sözlərdəki sən” dən

 

Bu gəmi bata bilər

Dərdin, qəmin selində.

Tanrım, məni qorumaq

Nə çətindir əlində?

 

Soruşana deyin ki,

Odur gəmisi batan.

Kimsəsiz bir otaqda

Qəmdən, kədərdən yatan.

 

Hara gedir by yollar,

Axırı, sonu varmı?

Görən, batan gəmilər

Bir daha qayıdarmı?

 

Adam var neçə-neçə

Yüklü gəmisi batıb.

Məhv olub Dononması,

İnan, hamısı batıb.

 

Adam var öz işində,

Kefində, damağında.

Bir qayığı batan var,

Bax, zəncir ayağında.

 

Səhərin küləkləri

Əsər, geriyə dönməz.

Dərd var dünyadan böyük,

Ha bax, gözlə görünməz.

 

…Artıq səhərdir, durun,

Ağrılardan oyanın.

O,

gəmidir, deyəsən,

Üfüqündə xəyalın.

 

BİR QƏTRƏ SU VƏ QƏM

Bir qətrə,

bir damcı

su olub süzüləcəksən

yanağım üstən.

Bəsti,

bəsti, sən Allah,

islatma üzümü.

Kəs,

kəs damlaları,

yum gözlərini…

Açanda gözlərini

görəcəksən nə var

yolunun üstə.

Gedəcək,

gedəcəksən qaranlıqa doğru.

Sakit-sakit,

aram-aram.

Heç kimi qatma bu işə,

ürəyindən keçəni səslə.

Məndən uzaq gəz.

Yalan,

ya doğru

yollarımı nəm eləmə.

Yığışdır bu adətini,

çevrilib son günlərin yağışına,

özünü gözdən salıb,

ətrafa su çiləmə.

Qəlbindən keçəni

ver axar suya,

boş yerə qəm eləmə.

 

 

SÜSTLÜK

” Sözlərdəki sən “dən

 

Bir qayıq,

bir dəniz,

bir də səninlə mən.

Bilmirəm, səfərə çıxırıq,

yoxsa

qayıdırıq artıqlq səfərdən.

Elə bil

yarlyuxuluyam,

bir az da yorğun.

Dəniz də sakitdir,

süstdür nə isə.

Bizsə oturmuşuq

dinməz-söyləməz,

sükut icində.

Yüngül meh də əsmir

yelkən açıla

qayıq tərpənə.

Hətta, səmada

bir qağayı belə dəyməyir gözə.

Nə olub,

görəsən bu coşqun dənizə,

qabarmaq bilməyən yelkənə,

sevgi, istək dolu ürəyimizə?

Günəş

sanki yorğun, arğın

sərilib suyun üzünə.

Bizsə

çiyin-çiyinə qısılmışıq

yelkənin yarımçıq kölgəsinə.

 

 

BİR GÜN VƏ BU GÜN

         “Sözlərdəki sən”dən

Bir gün

döyülər qapım.

Əlim gəlməz açmağa.

Çəkilib bir qırağa

vuraram özümü eşitməzliyə,

qapılaram sükuta, səssizliyə.

Bu gün

gözlənilmədən

evin kandarında

gələrik üz-üzə.

Əhəmiyyət vermədən belə

ötüb keçərik

Salamsız, kalamsız.

Birdən-birə çevrilirəm kölgəyə.

Bir gün

sirli şəkildə

bağlanar üzümə bütün yollar cığırlar.

Eşidərəm uzaqdan

astaca kimsə məni çağırır.

Bu gün

ruhum tərk edib məni

quş kimi uçub keçər.

Boylanar arxamca

doğma evlər, adamlar, küçələr.

 

 

BAĞIŞLANAN GÜNAH

Nəvələr üçün

 

Dənizin sahilində-

Üç addımlığında

Ömür-gün yoldaşım,

Gəlinim.

Bərk-bərk tutan

onların əliərindənndən

Üç yaşına yenicə adlayan

Təkcə nəvəm Gülaydır.

 

Bizdən azca aralı

Cavan ata və ana

İksinin arasında

Təzəcə ayaq açan bir oğlan uşağı.

Birdən,

Körpə qopur onlardan,

Üz tutur bizə tərəf.

Düşünürəm bu anda:

” -Kaş,

O uşaq da bizim olaydı,

Günayla bacı-qardaş

Birlikdə oynayaydı…

 

Qəfildən,

Ata, ana və dəniz-

Bayaqkı

O mehriban qonşularımız

Göyərdir sərt üzünü.

 

…Böyük

Günaha bataram.

Mən bunu demədən,

Uzaqlaşmaram burdan.

Ruhum yaman daraldı.

Qəlbimdə od qalandı.

Düzdür, o yanlış fikri

Artıq

keçirmişəm qəlbimdən.

Bəlkə, bu ailənin də

Körpəsi təkdir

Elə bizimki kimi.

Yoxsa,

Evdə başqa uşaqları var?!

Varsa,

Nə gözəl olar.

Allah bağışlayandır,

Günahım bağışlanar!

Günəş alışmaları Yer üçün təhlükə yarada bilər
Siqaretin görünməyən faciəsi
İlkin Şakiroğlu yazır: Həqiqətin Səfəri
İlkin Şakiroğlu yazır: Cəlilabadda xəstə olmaq niyə bu qədər çətindir?
İlkin Şakiroğlu yazır: İnsanın özündən Haqqa səfəri
Share This Article
Facebook Email Print
Previous Article Bakıda dəyişkən iş qrafikinə keçid nəzərdə tutulur
Next Article NETWORK MARKETİNQ – MÜASİR DÖVRÜN ÇEVİK BİZNES İMKANI
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?