Rusiyanın Perm diyarında Azərbaycan diasporunun rəhbərlərindən biri kimi tanınan Ruslan Məmməd oğlu Məmmədov saxlanılıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Perm diyarı üzrə İdarəsi Məmmədovun rüşvətxorluqda vasitəçilik etməkdə şübhəli bilindiyini açıqlayıb.
Məlumata görə, Məmmədov pul müqabilində Perm sakini barəsində aparılan cinayət təqibinin hüquq mühafizə orqanlarının əməkdaşları vasitəsilə qanunsuz şəkildə dayandırılmasını təklif etməkdə ittiham olunur.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin rüşvətxorluqda vasitəçilik maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq tədbirləri davam etdirilir.
Məmmədov avqustun on doqquzunda Perm Vilayət Məhkəməsində barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı verilmiş qərardan şikayət edib. Məhkəmə şikayəti təmin etməyib və onun həbs müddəti oktyabrın yeddisinədək uzadılıb.
FTX-nin məlumatına əsasən, Məmmədovun Rusiyaya girişinə də uzun müddətlik qadağa qoyulub.
