Kosmonavtikanın inkişafında mühüm xidmətləri olan görkəmli alim və hərbi xadim, general-leytenant Kərim Kərimovun xatirəsi əbədiləşdirilir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verilib ki, Kərim Kərimovun Bakı şəhəri, Zərgərpalan küçəsi 16 ünvanında yerləşən yaşadığı binaya xatirə lövhəsi quraşdırılsın.
