Magistratura səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi yalnız “mygov” platforması üzərindən həyata keçiriləcək.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, namizədlər qeydiyyat üçün müvafiq elektron sistemə daxil olaraq tələb olunan məlumatları doldurmalı və proseduru onlayn şəkildə tamamlamalıdırlar.
Qeyd edək ki, qeydiyyatın vaxtında aparılması vacibdir və gecikmə hallarında qəbul hüququnun itirilməsi riski yarana bilər.
