Azərbaycanın dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində ümumilikdə 894 yük nəqliyyat vasitəsi canlı növbədədir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda 1, “Samur” gömrük postunda 134 yük maşını növbədədir.
Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda 7, “Qırmızı Körpü” gömrük postunda isə 700 yük nəqliyyat vasitəsi gözləyir.
İranla sərhəddə yerləşən “Astara” gömrük postunda 52 yük maşını növbədə olduğu halda, “Biləsuvar” gömrük postunda növbə qeydə alınmayıb.
Qeyd olunub ki, sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələrinin sayı barədə canlı məlumatları Dövlət Gömrük Komitəsinin internet resursundan izləmək mümkündür.
Sürücülər giriş zamanı çıxış postunu özləri müəyyənləşdirə, çıxış istiqamətində növbə çox olduğu halda isə gömrük əməkdaşlarına müraciət edərək postu dəyişə bilərlər.
Xatırladaq ki, bir neçə gün əvvəl “Qırmızı Körpü” gömrük postunda günlərlə növbədə gözləyən TIR sürücüləri yaranmış vəziyyətdən narazılıqlarını bildirmişdilər.
