Məlumata görə, qəbul iyunun 2-də Xırdalan şəhərində yerləşən Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında təşkil olunacaq. Qəbul zamanı vətəndaşların müraciətləri dinləniləcək, onların problemləri və təklifləri ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılacaq.
Bildirilib ki, qəbul saat 10:00-dan etibarən keçiriləcək və əsasən Abşeron və Zəngilan rayonlarından olan sakinlərin müraciətlərinə baxılacaq. Vətəndaşların əvvəlcədən qeydiyyatı isə 1 iyun 2026-cı il tarixində həmin inzibati binada saat 09:00-dan başlayacaq.
Qeyd olunub ki, qəbul zamanı yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlər araşdırılacaq. Vətəndaşlardan qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənədləri özləri ilə gətirmələri xahiş olunur.
