İyunun 7-də Araz çayının İmişli rayonunun Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2009-cu il təvəllüdlü Turan Mirağa oğlu Mirişlinin axtarışları davam etdirilir.
İLKİNxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən axtarış tədbirləri fasiləsiz şəkildə həyata keçirilir.
Hazırda axtarışlar yeniyetmənin batdığı ehtimal olunan istiqamətlər üzrə davam etdirilir.
