AXCP sədri Əli Kərimlinin həbs müddəti uzadılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsdə saxlanılma müddəti artırılıb.
İLKİNxeber.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı qərar Səbail Rayon Məhkəməsində qəbul olunub.
Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasına ehtiyac olduğunu nəzərə alaraq istintaq orqanının təqdim etdiyi vəsatəti təmin edib. Qərara əsasən, Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadılıb.
Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı aparılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda iş üzrə Dövlət Təhlükəsizliyi Xidmətində istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
