Ramiz Mehdiyev barəsində tətbiq edilən ev dustaqlığı qətimkan tədbiri yenidən uzadılıb. Sabiq Prezident Administrasiyası rəhbəri ilə bağlı qərar məhkəmə tərəfindən qəbul edilib.
İLKİNxeber.az-ın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəməyə təqdim edilən vəsatətdə cinayət işi üzrə istintaq hərəkətlərinin davam etdiyi, əlavə sübutların toplanmasına ehtiyac yarandığı bildirilib.
Məhkəmə təqdim olunan materialları araşdırdıqdan sonra vəsatəti təmin edib. Qərara əsasən, Ramiz Mehdiyev barəsində tətbiq edilmiş ev dustaqlığı qətimkan tədbiri daha 5 ay müddətinə uzadılıb.
Xatırladaq ki, Ramiz Mehdiyev təxminən 8 ay əvvəl cinayət məsuliyyətinə cəlb olunub. O, dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş fəaliyyət və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması kimi ağır maddələrlə ittiham edilir.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
