Bakı şəhərinin Nərimanov rayonunun Elşad Quliyev küçəsində yerləşən obyektlərdən birində yanğın baş verib.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi son məlumatlara görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
