Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.
Bu barədə İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, Mübariz Turabov həyətdə velosiped sürərkən sahibsiz itlərin hücumuna məruz qalıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
