ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən sammit zamanı G7 liderləri ilə birlikdə qrup fotosuna çəkilməkdən imtina edib.
“İLKİNxeber.az” İnformasiya agentliyi xəbər verir ki, sammit C SPAN televiziya kanalı tərəfindən canlı yayımlanıb.
Məlumata görə, görüşdən sonra Fransa Prezidenti Emmanuel Makron iştirakçılardan qrup fotosu üçün kamera qarşısına keçmələrini xahiş edib. Zirvə toplantısında iştirak edən digər liderlər bu çağırışı yerinə yetirərək foto üçün mövqe alsalar da, Ağ Ev rəhbəri Donald Tramp yerindən qalxmayıb və prosesə qoşulmayıb.
Tramp G7 liderləri ilə qrup fotosuna çəkilməkdən imtina etdi
Şərh edilməmiş
