İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu vəzifəyə tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova gətirilib.
Rəna Məmmədova bu təyinatadək “Paşa Sığorta” ASC-də Baş tibb inzibatçısı vəzifəsində fəaliyyət göstərib.
O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini həkim-onkoloq ixtisası üzrə bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah kimi başlayan R.Məmmədova, sonrakı dövrdə həmin tibb müəssisəsində tibbi sığorta üzrə həkim-koordinator kimi çalışıb. Bu müddətdə o, tibbi xidmətlərin təşkili, səhiyyə idarəçiliyi və tibbi sığorta sahəsində geniş təcrübə qazanıb.
2010-cu ildən etibarən “Paşa Sığorta” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışan Rəna Məmmədova Tibbi və səfər sığortası departamentinə, daha sonra isə tibbi sığorta blokuna rəhbərlik edib. Onun rəhbərliyi dövründə tibbi xidmətlərin təşkili, səhiyyə müəssisələri ilə əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və pasiyentyönümlü yanaşmaların tətbiqi istiqamətində mühüm işlər görülüb.
R.Məmmədova həmçinin səhiyyə idarəçiliyi, tibbi sığorta və insan resurslarının idarə olunması sahələrində bir sıra ixtisasartırma proqramlarında iştirak edib.
Yeni vəzifəsində onun TƏBİB-də tibbi sığorta sisteminin inkişafı və pasiyentyönümlü xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərəcəyi gözlənilir.
