Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) növbəti kadr dəyişikliyi baş verib. Qurumun icraçı direktorunun müavini Anar İsrafilov vəzifəsindən azad edilib.
Məlumata görə, bununla bağlı müvafiq əmr TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən imzalanıb.
Qeyd edək ki, Anar İsrafilov bu ilin fevral ayında TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra qurumun rəhbərlik funksiyalarını müvəqqəti icra edirdi. Daha sonra, aprel ayında Anar Bayramovun icraçı direktor vəzifəsinə təyin olunması ilə TƏBİB-də genişmiqyaslı kadr islahatlarına start verilib.
Son qərar da məhz bu islahatların davamı kimi qiymətləndirilir.
