Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də Azərbaycana dövlət səfərinə gəlib.
İLKİNxeber.az xəbər verir ki, ali qonağın qarşılanması münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin dövlət bayraqları qaldırılıb, fəxri qarovul dəstəsi düzülüb.
Türkmənistan liderini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında ikitərəfli əlaqələrin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı gözlənilir.
