İyunun 23-də ölkə ərazisində hava əsasən sabit keçəcək, lakin bəzi bölgələrdə qısamüddətli yağıntılar istisna edilmir.
İLKİNxeber.az informasiya agentliyi Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakı və Abşeron yarımadasında gün ərzində dəyişkən buludluluq müşahidə olunacaq, əsasən yağmursuz hava üstünlük təşkil edəcək.
Gündüz saatlarında şimal şərq istiqamətli küləyin cənub şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19–22 dərəcə, gündüz isə 27–32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət isə gecə 60–65 faiz, gündüz 45–50 faiz arasında dəyişəcək.
Rayonlarda isə hava şəraitinin daha dəyişkən olacağı bildirilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacaq, xüsusilə dağlıq və dağətəyi ərazilərdə qısamüddətli intensiv yağıntı, şimşək və dolu ehtimalı var. Gecə və səhər saatlarında dağlıq bölgələrdə duman müşahidə oluna bilər.
Rayonlarda hava temperaturu gecə 21–25 dərəcə, gündüz 30–35 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 10–15 dərəcə, gündüz 18–23 dərəcə, bəzi yerlərdə isə 25–28 dərəcə isti qeydə alınacaq.
